Rusiyalı məşhur reper Timati “Black Star Burger” fast-food restoranlar şəbəkəsinin tərəfdaşlarını dələduzluqda ittiham edib.
“İki sahil” xəbər verir ki, reper bu ilin avqustunda sahibi olduğu şirkətin rəhbərlərini sənədləri və qazancları gizlətməkdə ittiham edib və bu səbəbdən məhkəməyə müraciət edib.
O, ittiham etdiyi şəxslərdən aylıq hesabat verməyi və tələblərə uyğun gəlmədiyi təqdirdə hər gecikmə günü üçün beş min rubl ödəməyi tələb edib. Lakin Moskva Arbitraj Məhkəməsi iddiaların təmin edilməməsi qənaətinə gəlib. Nəticədə Timati məhkəməni uduzub.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO