01 noyabr 2022 12:45
484

Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib - FOTO

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklifləri və problemləri ilə maraqlanıb.

Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılmışdır.