01 noyabr 2022 13:18
545

Eminin adından dələduzluq etdilər

Xalq artisti Emin Ağalarovun adından fırıldaqlıq edilib.

“İki sahil” xəbər verir ki, müğənni bunla bağlı instaqramında paylaşım edərək, izləyicilərini məlumatlandırıb. 

İş adamı Emin Ağalarov Fondunun dəstəyi ilə görünən investisiyalarla bağlı təlim video kursunun reklam yayımının skrinşotunu təqdim edib. Paylaşımda Azərbaycanın bayrağı və xəritəsi, guya onun müşayiəti ilə iş adamının şəkli əks olunub. Fotoda Eminin dilindən "Məqsədim hər bir Azərbaycan sakininə, sanki öz adamım kimi kömək etməkdir" sözləri yazılıb. 

Ağalarov bildirib ki, bu reklam çarxı ilə heç bir əlaqəsi yoxdur və paylaşım saxtadır. 

Qeyd edək ki, oxşar hadisə bundan əvvəl "Avroviziya" iştirakçılarımızdan olan Aysel Adıgözəlzadə ilə də baş vermişdi.