02 noyabr 2022 10:45
1196

Goranboyda Milli Qəhrəmanın anım mərasimi keçirilib - FOTO

Goranboyda Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin yeddi mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

Mərasimdə Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Qeyd edək ki, Maşallah Abdullayev 1992-93-cü illərdə Birinci Qarabağ müharibəsi ərəfəsində könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə fəal iştirak etmiş, Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.