Türkiyəli müğənni Ajda Pekkan xəstəxanalıq olub.
“İki sahil” xəbər verir ki, bu barədə ifaçının meneceri Oğuz Arınmış məlumat yayıb. O bildirib ki, Pekkan evdə yıxıldıqdan sonra omda sümüyündə çat yaranıb. Bundan sonra xəstəxanaya aparılan ifaçı əməliyyat olunub.
Bu səbəbdən onun qarşıdan gələn konsertləri təxirə salınıb.