02 noyabr 2022 16:22
416

Hicran Hüseynova Sumqayıtda növbəti qəbul keçirib - FOTO

Noyabrın 2-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, deputat Hicran Hüseynova ilk öncə Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalovla görüşüb.

Daha sonra deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən  ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.