05 noyabr 2022 12:16
394

Rusiyada 15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı imiş

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında ölənlərin sayı 15-ə yüksəlib.

"İki sahil" Rusiya KİV-nə istinadən xəbər verir ki, kafenin sahibinin Kostroma vilayət dumasının ”Vahid Rusiya” partiyasından deputatı, əslən azərbaycanlı İxtiyar Mirzəyev olduğu üzə çıxıb.

İxtiyar Mirzəyev 1969-cu ildə Azərbaycanın Yardımlı rayonunun Ostayır kəndində anadan olub.