SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev hər zaman şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır. Xüsusilə Baş direktorun tapşırıqlarına və göstərişlərinə əsasən onların İB-də işlə təmin edilməsinə də geniş şərait yaradılır. Eyni zamanda, bayramlarda və önəmli günlərdə Vətən müharibəsində şəhid olmuş İB- əməkdaşlarının ailələri və qazilər ziyarət edilir, onların problem və qayğıları dinlənilir.
8 Noyabr Zəfər Günü ərəfəsində İB-in rəhbəri Ruslan Əliyevin tapşırığına əsasən Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev və Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov növbəti dəfə şəhid ailələrini ziyarət ediblər. Onlar şəhid Zaur Mədətovun və Rauf İbadovun ailələrinin qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, hər iki şəhidin valideyni uzun illərdi «Azəriqaz» İB də çalışırlar.
Elçin Zaman, "İki sahil"