08 noyabr 2022 01:40
541

Ceyhun Bayramov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"İki sahil" xəbər verir ki, XİN başçısı təbrikini tviterdə paylaşıb.

"8 Noyabr şanlı Zəfər Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm!

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

Yaşasın Azərbaycan!", - deyə paylaşımda bildirilir.