09 noyabr 2022 19:43
666

Məşhur musiqiçidə xərçəng aşkarlandı

Dünyaca məşhur gitaraçı Endi Teylorda xərçəng aşkarlanıb.

“İki sahil” xəbər verir ki, o, kollektivə məktub ünvanlayıb.

Musiqiçi Los -Ancelesdəki konsertində iştirak edə bilməyib. O, zala müraciət göndərib və burda diaqnozundan bəhs edib.

"Məndə bir neçə il əvvəl prostat vəzinin xərçəngi aşkarlanıb. Hazırda 4-cü mərhələdədir, metastaz verib. Ona görə də bu tədbirdə iştirak edə bilmədim".

Teylor bildirib ki, onu bütün ailə üzvləri və yaxınları dəstəkləyir.

 

Duranın Şöhrət zalında çıxış edəcəyi barədfə 6 aydır ki, elan verilmişdi.