Ekspert şərhi: Ölkəmizdə yeni trend bərpa olunan yaşıl enerjilərə keçidlə neftdən, qazdan asıllığa tədricən son qoyulacaqdır
Bildiyimiz kimi ölkə rəhbərinin işğaldan azad olunan rayonlarımızın bərpası ilə əlaqədar irəli sürdüyü tezislərin başında “ağıllı evlər” və “yaşıl zona” (“smart village”) prinsip və konsepti durur.
Artıq hər kəsə də məlumdur ki, neft-qaz erası demək olar ki, bitmək üzrədir və yaxın, orta və uzun vədədə strateji planlamaların hədəfində əsas prioritet məsələ kimi neft və qazdan asıllığın azaldılması və bu proseslərə elmi yanaşmaların durmasıdır.
Nədir “yaşıl zona”, “ağıllı evlər” (“smart village”) konsepti?

Yaşıl zona dedikdə, alternativ enerji mənbələrindən, o cümlədən günəş batareyaları, külək dəyirmanları, su elektrik stansiyaları (suyun qabarma və çəkilmələrinə hesablanan hidro enerji), geotermik (gazer, buxar enerjisi), hidrogen enerjisi və digər təbii resurslardan istifadə edilməklə əldə olunan elektrik və mexaniki enerjilər nəzərdə tutulur.
Burada əsas hədəf, işğaldan azad olunan regionun sıfırdan qurulmasında istifadə olunacaq enerji mənbələri həm ekoloji baxımdan təmiz (yəni, yaşıl zona) enerji, həm də innovativ texnologiyalar konsepti əsasında o bölgənin “ağıllı” və müasir regiona çevrilməsi və ən önəmli məqam isə regionun yenidən inşası ilə infrastrukturun təməldən “tamam-kamal” lahiyələndirilməsidir.
Yeni minilliyin də ən ciddi çağrışlarından biri də iqlim dəyişməsi ilə bərabər günəşdən küləkdən, sudan, bioenerjidən, məişət tullantılarının yandırıması və digər mənbələrdən alınan bərpa olunan enerjilərə keçiddir.

Bu gün, bərpa olunan alternativ enerji mənbələri kimi bioenerjiləri, məişət tullantılarının yanması ilə alınan enerjini, suyu, küləyi və günəşi hələ ki, əvəzləyən və onlara bərabər tutulan başqa yayqın enerji mənbələri də görünmür, bu istiqamətdə elmi-tədqiqat işləri də davam etdirilir. Əldə olunan nəticələr ölkəmizdə yaşıl enerjidən istifadəni daha da stimullaşdıracaq və innovativ iqtisadiyyatın inkişafına öz töhvələrini vermiş olacaqdır.
Bununla da sıfırdan lahiyələndirmə amili ilə onun mövcud olan digər infrastrukturlardan fərqlənməsinə və regionda köhnənin sökülüb-bərpası deyil, hər şeyin, “ağıllı” nəsl innovativ texnologiyalar əsasında alternativ enerji konsepti ilə qabaqcıl qərb ölkələrinin üstün təcrübələrinə uyğun yenidən qurulmasına nail olunacaqdır.
Təbii ki, də iqtisadiyyatı və sənayesi güclü olan dövlətlər hər şeyə qadirdir. Həmçinin gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert