Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.
"İki sahil" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamladı və çıxış etdi.
Daha sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.
Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edir.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb