11 noyabr 2022 15:01
487

Masallıda YAP-ın 30 illiyi münasibətilə ağacəkmə aksiyası - FOTO

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirib.

“İki sahil” xəbər verir ki, aksiyada Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev,  Masallı rayon İcra hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etmişlər. Masallı rayon Göyəçöl kəndində baş tutan aksiyada 150 şam ağacı və 50 palıd ağacı əkilmişdir.