Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30 illiyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatı ümumrayon ağacəkmə aksiyası keçirib.
Daşkəsən şəhərinin ərazisində yerləşən Şəhidlər Xiyabanında baş tutan ağacəkmə aksiyasında rayonun bütün yaşayış məntəqələrindən dəvət olunmuş YAP fəalları, bitərəflər və şəhid ailələri iştirak ediblər. Aksiya zamanı Şəhidlər Xiyabanı ərazisində və onun ətrafında 200-dən çox müxtəlif növ dekorativ ağaclar əkilib. Havanın soyuq olmasına və qar yağmasına baxmayaraq əkilmiş ağacların hər biri sulanaraq onlara dayaqlar basdırılıb.
Aksiya uğurla başa çatıb.
Cavid Əkbərov, "İki sahil"
Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib