Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyini təntənəli şəkildə qeyd edən YAP İsmayıllı rayon təşkilatı silsilə tədbirlərini uğurla davam etdirir.
“İki sahil” xəbər verir ki, növbəti tədbirlərdən biri də məhz, partiyanın yubileyi münasibətilə keçirilən ekoloji aksiya olub.
Dövlətin ekoloji siyasətinə hər zaman dəstək verən Yeni Azərbaycan Partiyasının ənənəsinə sadiq qalan partiyanın İsmayıllı rayon təşkilatının fəalları İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında, İsmayıllı- Qəbələ avtomagistralının sol hissəsində Meşə fonduna aid ərazidə rayonumuzun iqliminə uyğun 500-dək ayrı-ayrı ağac növləri əkmişlər.
Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada partiyanın rayon təşkilatının üzvləri, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İsmayıllı Regional Hidrometeorologiya Müəssisəsinin və İsmayıllı rayon Humanitar və Texnologiya Kollecinin kollektivləri yaxından iştirak ediblər.
Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib