13 noyabr 2022 00:39
717

Bakı çempionatının yarışları başa çatıb

Şənbə günü Bakı Olimpiya İdman Kompleksində birgə bədii gimnastika üzrə 27-ci Bakı çempionatı və aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatının yarışları keçirilib.

“İki sahil” xəbər verir ki, bədii gimnastika üzrə yarışlarda "balacalar" (2012-2014), "yeniyetmələr" (2010-2011), "gənclər" (2007-2009) və "böyüklər" (2006-cı il təvəllüdlü) yaş kateqoriyalar üzrə idmançılar iştirak ediblər.

İdmançılar çeviklik, zəriflik, və ritm hissi nümayiş etdiriblər.

Aerobika gimnastikası üzrə yarışlarda “yeniyetmələr” (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyası üzrə qızlar fərdi proqramda, həmçinin üçlük və qruplarda, “gənclər” (2005-2007-ci il təvəllüdlü) isə yalnız fərdi proqramda iştirak ediblər.

İştirakçılar öz çıxışlarında mürəkkəb gimnastika elementlərini nümayiş edərək tamaşaçıları sevindirmişlər.

Noyabrın 11 və 12-də birgə bədii gimnastika üzrə 27-ci Bakı çempionatı və aerobika gimnastikası üzrə 6-cı Bakı çempionatının yarışları keçirilmiş, onların nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşdirilmişdir.