13 noyabr 2022 22:17
625

Azərbaycan komandası beynəlxalq kapoeyra turnirində birinci olub

Polşanın Zakopane şəhərində keçirilən beynəlxalq kapoeyra turnirində Azərbaycan komandası birinci olub.

“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, komandamızın heyətində Fərid Allahverdiyev, Toğrul Qurbanov, Asya Atayeva, Mehriban Hacıbabayeva və Əli Tağızadə qızıl medal qazanıblar

Cavidan Pənahlı, Aydan Əliyeva və Fərid Səlimov gümüş, Alı Davud, Rəhmətullah Eyvazov, Şəms Rəhimzadə isə bürünc medala sahib olublar.