“Bu komandanın üzvü olduğum üçün qürur duyuram”.
“İki sahil” xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının XVII turunun “Riyeka” ilə oyunundan sonra instaqram səhifəsində yazıb.
Sözügedən oyunda iki qol vuran hücumçu bunun üçün komanda yoldaşlarına yoldaşlarına borclu olduğunu deyib: “Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz çempionuq!”
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verildi