15 noyabr 2022 11:09
863

Cenevrədə Azərbaycan rəqsi - FOTO

İsveçrənin Cenevrə şəhərində "Les Automnales" sərgisi çərçivəsində ənənəvi Azərbaycan rəqsi ifa olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov bu gün öz "Twitter" səhifəsində bildirib.

"Azərbaycanın "İrs" uşaq rəqs qrupunun Cenevrədə "Les Automnales" sərgisi çərçivəsində gözəl çıxışı ilə qürur duyuram. İsveçrədə yaşayan gənc azərbaycanlı rəqqaslar qrupuna diasporun fəal üzvü Mariya Xan-Xoyskaya Martinyoli rəhbərlik edir", - səfir yazıb.