18 noyabr 2022 09:43
506

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri etimadnaməsini Alyansın Baş katibinə təqdim edib

Noyabrın 17-də Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.

"İki sahil" xəbər verir ki, baş tutan görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.