Türkiyəli aktrisa Aslı Ənvər "Benim adım Farah" serialında rol almaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, buna səbəb aktrisanın ana olmağa hazırlaşması olub.Hazırda Ənvərin ekran işindəki tərəf müqabili Fırat Tanışın baş rolları kiminlə bölüşəcəyi bəlli deyil.
Xatırladaq ki, aktrisa 9 gün əvvəl sevgilisi, iş adamı Berkin Gökbudak ilə ailə qurub.
Qeyd edək ki, layihə məşhur “The cleaning lady” serialı əsasında lentə alınacaq.