25 noyabr 2022 13:00
499

Kukla Teatrında aparılan yoxlamanın vaxtı uzadılıb, əlavə mütəxəssislər cəlb edilib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamanın müddəti uzadılıb.

“İki sahil” xəbər verir ki, yoxlama prosesinə əlavə mütəxəssislər cəlb edilib.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənirdi.