Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac - min nəfəs” aksiyası bu dəfə Mərdəkanda keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlardan ümumi tutumu 805 litr olan plastik, 8 litr olan şüşə butulka və 68 ədəd işlənmiş batareya təhvil götürülüb və əvəzində onlara ağac tingləri paylanılıb. Qeyd olunub ki, növbəti aksiya bu gün saat 16:00-da Əhmədli qəsəbəsində “Bravo” hipermarketin qarşısında keçiriləcək.
AZƏRTAC
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib