28 noyabr 2022 17:28
486

Heydər Əliyev ideyalarına əsaslan güclü siyasi qüvvə - Yeni Azərbaycan Partiyası

Bu gün dayanıqlı, özünə inanan, daxili və xarici siyasəti ilə beynəlxalq müstəvidə öz sözünü demiş müstəqil Azərbaycan Respublikasının  var olmasında  Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. 

1990-cı illərin əvvəllərində mövcud olan ənənəvi siyasi və iqtisadi sistemin dağılması, o zamankı rəhbərliyin səriştəsizliyi və xəyanəti ilə Azərbaycan yenicə əldə etdiyi müstəqilliyi itirmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bu ekstremal şəraitdə lider amili artıq zərurətə çevrilmişdi. Xalq xilaskar  kimi tərəddütsüz olaraq sadəcə  Ulu Öndər Heydər Əliyevi görürdü. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin başçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində yaşadığı böhrandan çəkib çıxardı və tarixin uğur səhifəsində  öz yerini tutdu.

Bu il Yeni Azərbaycan Partiyasının təsis olunmasından tam 30 il keçir. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar cari ilin noyabr ayının 21-də konfrans keçirilmişdir. Konfransda Prezident İlham Əliyev çıxış etmiş,Yeni Azərbaycan Partiyasının, Azərbaycan Respublikasının 30 illik tarixi inkişaf, bundan sonra atılacaq addımları, gələcəyi, Azərbaycanı bundan sonra gözləyən yeniliklər haqqında  çıxış etmişdir.

Prezident İlham Əliyev sözlərinə Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə yaşadığı o mürəkkəb dövrün çətinliyini, mürəkkəbliyini və Yeni Azərbaycan Partiyasının əslində nə qədər böyük bir missiyanı üsləndiyini vurğulayaraq sözlərinə başladı: “Gənc Azərbaycan Demokratik Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdiyi dövrdə dövlətimiz ən ağır günlərdən keçir, xalqımız böyük faciələr yaşayırdı. Həmin illərdə ölkəmizin gələcəyini düşünən, vətənpərvər insanlar, Azərbaycan ziyalıları tarixə “91-lər” kimi  qızıl hərflərlə yazılan görkəmli şəxsiyyətlər mövcud olan bu qəliz və sonu görünməyən vəziyyətə son qoyulması üçün Ulu Öndər Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının təsis olunmasının əsasını qoydular.”  Bu müraciət əsasında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və beləliklə, 1992-ci ilin noyabr ayının 21-i Azərbaycan Respublikası üçün  bir dönüş nöqtəsi kimi tarixə öz izini qoydu. Yeni Azərbaycan Partiyası müxalifət partiya kimi qurulmuş, dövlətin yaşadığı bu ağır və mürəkkəb vəziyyətin yükünün aradan qaldırılması uğrunda mübarizə aparmağa başlamışdır. Çünki həmin illərdə ölkə artıq idarə olunmaz bir hala gəlmişdi, müstəqillik əldə etməsindən bir il keçməsinə baxmayaraq dövlətçilik əsası qoyulmamışdı, dövlətin vahid nizami  ordusu yox idi, demokratik inkişafa nail olmaq mümkün deyildi, senzuralar tətbiq olunurdu, demokratik mühit təmin edilməmişdi, elə buna görə də Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakıda yox, Naxçıvanda keçirilmişdi. İnsanların rifah səviyyəsi olduqca aşağı idi, yoxsulluq səviyyəsi 80%-i ötüb keçmişdi, Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sənayesi tənəzzülə uğramışdı, digər yandan isə Azərbaycan öz doğma torpaqlarını itirirdi.

Daha sonra Prezident Azərbaycanın bu günkü dövlətçiliyin əsaslarının təməlini qoyan Ümummilli lider Heydər Əliyevin bu gün də siyasi xəttinə əsaslanan Yeni Azərbaycan Partiyasının şücaətini vurğulayaraq bildirmişdir: “Ümummilli lider Heydər Əliyevə  siyasətdə var olduğu müddətdə hər zaman xalqın qayğısını çəkir, xalqı üçün çalışırdı, buna görə də xalqın rəğbətini, dərin sevgisini qazanmışdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin hakimiyyətə keçməsi ilə birlikdə iqtidar partiya kimi fəaliyyət göstərməyə başlamışdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər Sovet məkanında həm sosial, həm iqtisadi baxımdan ən zəif ölkələri sırasından çıxmış, ən qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Strateji addımlar atılmış, AR Konstitusiyası qəbul olunmuş, dövlət təsisləri düzgün zəmində qurulmuşdur. Dövlətçiliyin əsası nəhayət Heydər Əliyevlə birgə qoyulmuş, beynəlxalq müstəvidə Azərbaycana olan neqativ baxışların, təziqlərin müəyyən bir qismini aradan qaldırmışdır.” 

Həmin dövrdə iqtisadiyyatın dirçəlməsinin təmin edilməsinin əsas amili ölkəyə xarici sərmayənin cəlb edilməsi idi ki, bu da sadəcə ölkədə siyasi sabitliyin olması ilə mümkün idi. Ölkəyə sabitlik Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi ilə mümkün oldu. Artıq beynəlxalq səviyyədə ölkəmiz layiq olduğu dəyəri görməyə başlayırdı, bir sıra təşkilatçıların üzvlüyünə daxil edilmişdir. Bununla da Partiyamız Heydər Əliyevin öndərliyi ilə inkişafının bu dövrünü yaşamağa başlamışdır.

2003-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevə olan dərin rəğbət və inamını, sevgisini bir daha göstərdi, Heydər Əliyevin Partiyası ilə 10 il müddətində əsasını qoyduğu siyasi xəttini Prezident cənab İlham Əliyev ilə birgə davam etməsi üçün birləşdi. 

Son 19 ildə cənab İlham Əliyev Ulu Öndərin miras qoyduğu Yeni Azərbaycan Partiyası və onun dövlətçilik siyasəti bu gün  davam etdirilir.  2020-ci ildə 44 günlük davam edən müharibə ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi isə bunun ən bariz və şanlı nümunəsidir.

Bu gün biz güclü dövlətimiz, şanlı ordumuzla fəxr ediriksə, bunu Ulu Öndər Heydər Əliyevə borcluyuq. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Azərbaycanı fəlakətdən xilas etdi, Respublikamızı dirçəltdi, beynəlxalq nüfuzda  mötəbər ölkələr sırasında qərarlaşmasına səbəb oldu və daha sonra Prezident İlham Əliyevin öndərliyi ilə dayanıqlı, qorxusuz və sarsılmaz dövlətə çevrilməsinə qadir oldu. 

Prezident İlham Əliyevin sonda vurğuladığı kimi, “Bütün bu illər boyunca görülən işlər, atılan addımlar Ulu Öndər Heydər Əliyevin vəsiyyətini həyata keçirmək idi və o miras da başa çatdıra bilmədiyimiz işləri bizim davamçılarımızın başa çatdırması idi ki, bunun da başında Qarabağ məsələsinin həll olunması idi ki, biz, onun davamçıları bu məsələni hər zaman bütün işlərimizin mərkəzinə qoyduq. Biz bunu ən düzgün vaxtda etməli idik və beləliklə xalq ordu ilə bir yumruq kimi birləşdi və 44 gün içində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, Heydər Əliyevin sonuncu vəsiyyətini də həyata keçirdik”.

Partiyamız bu  il 30 illiyini qeyd edir və qurduğu güclü, müstəqil Azərbaycan dövləti ilə fəxr hiss duyuruq.

Məmmədova Lalə
YAP Yevlax rayon təşkilatının fəalı