29 noyabr 2022 12:55
456

Yeni Azərbaycan Partiyasının müdrik siyasəti güclü Azərbaycan naminədir

Azərbaycanda 30 il öncə baş verən gərgin ictimai-siyasi proseslər, o zamankı rəhbərliyin səriştəsizliyi və digər neqativ hallar ölkədə bütün sahələr üzrə vəziyyəti acınacaqlı duruma salmışdı. Bele bir vəziyyətdə xalq öz iradəsini ifadə edərək, haqlı təkidlə Ulu öndər Heydər Əliyevə müraciət etmiş və xilaskar Partiyanın-Yeni Azərbaycan Partiyasının yaranmasının zəruriliyini başa düşmüşdür. Məşhur ”91” lərin müraciəti və Ulu öndər Heydər Əliyevin ali rəhbərliyi ilə 21 noyabr 1992-ci il tarixdə yaradılmış Yen Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyası olmuş və iqtidar partiyasına çevrilmişdir.  Bu həqiqətən də tarixi zərurət idi. Elə bu tarixi faktları bir neçə gün öncə  Ölkə Prezidenti,Partiyamızın Sədri cənab İlham Əliyev  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə keçirilən mötəbər tədbirdə də qeyd etdi. Eyni zamanda cənab Sədr bütün  Partiya üzvlərini partiyanın yaranmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik etmişdir. Dərin və məzmunlu çıxışında ölkə rəhbəri YAP-ın yaranmasının Azərbaycan tarixinin dönüş nöqətlərindən biri kimi qiymətləndirildiyini diqqətə çatdırıb. 1992-ci ildə bir ildir ki, müstəqillik qazanan Azərbaycan çox ağır günlərdən keçiridi. Ölkənin görkəmli nümayəndələri çıxış yolunu yalnız Heydər Əliyev də görürdü. Buna görə də onlar Heydər Əliyevə müraciət etdilər və nəticədə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının təsis konfransı keçirildi. Həmin dövrdə ölkə çox idarəolunmaz vəziyyətdə idi, əhali bəzən faciələrlə üzləşirdi. Belə bir şəraitdə YAP bütün bu məsuliyyətləri öz üzərinə götürərək xalqımızı bu ağır günlərdən qurtarmaq istəyirdi. YAP Azərbaycan   Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

1991-ci ildən başlanan Birinci Qarabağ müharibəsi vəziyyəti daha da pisləşdirmişdi. Mayda Şuşa və Laçının işğal olunması xalqımıza mənəvi cəhətdən də böyük zərbə vurdu.  “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə, yəni, Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

1993-2003 illər isə Azərbaycanda inkişaf dövrü kimi xarakterizə olunur. Bunun da səbəbi Umumilli lider idi. Daha sonra İlham Əliyev bildirdi ki, son 19 ildə o da öz siyasətində daim Ulu Öndərin siyasi tövsiyyələrini və tapşırıqlarını yerinə yetirməyə çalışıb. 2002-cü ildən bu dövrə qədər iqtisadiyyatımız 3 dəfə artmış, hətta bu rekord həddə-130 mlrd dollara çatacaği gözlənilir.

Daha sonra ordu quruculuğundan bəhs edən İlham Əliyev bildirdi ki, Heydər Əliyevin vəsiyyəti ilə elə bir güclü ordu quruldu ki, bu ordu 44 gün ərzində torpaqları azad etdi, ”məğlubedilməz Ermənistan miflərini darmadağın etdi.

Qarabağ və  Şərqi Zəngəzurun yenidən qurulması məsələsinə toxunan cənab Sədr erməni tərəfinin Fransa ilə bacılıq missiyasını yerinə yetirdiklərini və Azərbaycanın haqlı mövqeyinə qarşı mənfur siyasət apardıqlarını da xüsusilə vurğuladı.  

Sevindirici haldır ki, biz müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi firavan və sabitliyin hökm sürdüyü güclü ölkədə yaşayırıq. Hakim Yeni Azərbaycan Partiyasının düzgün və praqmatik siyasəti Azərbaycanın uğurlu inkişafı  və xalqımızın xoşbəxt gələcəyi naminə hesablanmışdır. 

Sara Hüseynova,

YAP Yevlax rayon təşkilatının fəalı