Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.
Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar