08 dekabr 2022 18:56
621

Bütün söz-söhbətlər teatrın ötən il keçirilən 90 illik yubileyindən sonra yarandı - Kukla Teatrının direktoru

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlamalara münasibət bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.

Direktor bütün söz-söhbətlərin teatrın ötən il keçirilən 90 illik yubileyindən sonra yarandığını vurğulayıb.

Onun sözlərinə görə, yubiley günü nazirliyin sabiq birinci müavini Elnur Əliyevlə olan söhbətindən sonra teatr planı qaldırılıb: "Bununla bağlı müraciət etdim və bir qədər aşağı salındı. Yoxlamalar başladı. İki gün sonra Fərəh Acalova görüşmək istədiyini bildirdi, amma etiraz etdim".