19 dekabr 2022 08:10
616

İsveçdə yaşayan soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Azərbaycanın İsveçdəki səfirliyi Vestra Yötaland regionunda yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirib.

“İki sahil” xəbər verir ki, səfirliyin əməkdaşları İsveçin ikinci ən böyük şəhərinin yerləşdiyi Vestra Yötaland regionunda yaşayan soydaşlarımızla görüşərək onları maraqlandıran konsulluq məsələləri ilə bağlı çoxsaylı suallara cavab verməklə yanaşı, mövcud problemlər ilə bağlı maraqlanıb, müxtəlif həll yolları təklif ediblər.

Görüşdə həmyerlilərimizə konsulluq xidmətləri həyata keçirməklə yanaşı, onlara lazım olunan sənədlər təqdim edilib.