19 dekabr 2022 16:32
794

Dirijor Kazım Əliverdibəyov vəfat edib

Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə "İki sahil"ə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.

Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.

K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!