Aktrisa Ember Hörd keçmiş həyat yoldaşı Conni Depplə razılığa gəlib.
“İki sahil” xəbər verir ki, aktrisa keçmiş həyat yoldaşına 1 milyon dollar ödəyəcək. O, növbəti dəfə məhkəməyə müraciət etməyəcəyini, buna maliyyəsinin, həm də psixoloji və fiziki imkanlarının çatmadığını yazıb. Aktrisa əlavə edib ki, Amerika hüquq sisteminə inamını itirdikdən sonra razılaşma yolunu seçib.
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.
İkili 18 aylıq evlilikdən sonra 2017-ci ildə boşanıb.