21 dekabr 2022 15:55
725

Martines Mbappeni ələ saldı

Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-nin qalibi olmaları münasibətilə keçirilən bayram paradında etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

“İki sahil” xəbər verir ki, o, finalda qalib gəldikləri Fransa millisinin hücumçusu Kilian Mbappenin şəklini oyuncaq kuklaya yapşıdırıb və parad zamanı nümayiş etdirib. Bu, Mbappenin PSJ-dəki komanda yoldaşı Lionel Messi gözü qarşısında olub.

Xatırldaq ki, Mbappe final matçında Martinesin qoruduğu qapıdan 3 top keçirib. O, penaltilər seriyasında da dəqiq olub.  

Əlavə edək ki, Mbappe DÇ-2022-nin ən yaxşı bombardiri (8 qol), Martines isə ən yaxşı qapıçısı seçilib.