22 dekabr 2022 09:21
1232

Milli Parkda atəşfəşanlıq olacaq

Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.