22 dekabr 2022 16:27
558

PSJ-yə qayıtdılar

PSJ-nin və Braziliya millisinin futbolçuları Neymar və Markinyos DÇ-2022-dən sonra klubun bazasına qayıdıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Paris təmsilçisinin sosial şəbəkə hesablarında paylaşım olunub. Klub futbolçuların fotolarını bölüşərək yazıb: "Neymar və Markinyos məşq mərkəzinə qayıdır!"

Qeyd edək ki, Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 2:4) mübarizəni dayandırıb. Həmin görüşdən sonra Neymar göz yaşlarını saxlaya bilməyib. Turnirin qalibi isəArgentina millisi olub.