"Qarabağ" qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib.
“İki sahil” xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

29 yaşlı qolkiperin seyvlərindən ibarət video-çarxın üzərində ingilis dilində "Soon" (Tezliklə) yazılıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi tezliklə sözləşmənin detallarını açıqlayacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır.