Bosniyalı hücumçu Edin Ceko karyerasını "Şalke"də davam etdirəcək.
“İki sahil” xəbər verir ki, Gelzenkirxen təmsilçisi 40 yaşlı futbolçu ilə müqavilənin 2026/2027 mövsümünün sonunadək uzadıldığını rəsmən açıqlayıb.
Qeyd edək ki, Ceko bu ilin yanvarında "Şalke"yə transfer olunub. Təcrübəli forvard komandanın heyətində keçirdiyi 11 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib və klubun 2-ci Bundesliqanın qalibi olaraq elitaya qayıtmasına töhfə verib. O, yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.