03 avqust 2026 22:50
99

"Fənərbaxça" onu göndərə bilmədi

"Fənərbaxça"nın qapıçısı İrfan Can Eğribayatın "Gənclərbirliyi"nə transferi son anda baş tutmayıb.

“İki sahil” xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, tərəflər 28 yaşlı qolkiperin keçidi ilə bağlı razılığa gəlsələr də, FİFA-nın "Gənclərbirliyi"nə transfer qadağası tətbiq etməsindən sonra proses dayandırılıb.

Bununla da İrfan Can hazırda "Fənərbaxça"da qalıb. İstanbul klubunun planlarına daxil olmayan qapıçının gələcəyinə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.