10 yanvar 2023 14:10
615

Türkiyə XİN başçısı: Taxıl sazişi”nin davam etməsinə çalışırq

“Taxıl sazişi”nin icrasının davam etməsinə çalışırq”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CAR-dan olan həmkarı Naledi Pandor ilə birlikdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, BMT ilə bu istiqamətdə əməkdaşlıq davam edir: “Həmçinin atəşkəs rejiminin əldə olunması istiqamətində addımlarımızı davam etdiririk”.

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalanıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.