10 yanvar 2023 17:24
713

Milli Depozit Mərkəzindəki investor hesablarının sayı açıqlandı

2022-ci ildə Milli Depozit Mərkəzində (MDM) investorlara 2 113 yeni hesab açılıb və hesabların sayı 119 623-ə çatıb.

“İki sahil” bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, yeni hesabların 2 064-ü rezident, 49-u qeyri-rezident investorlara məxsus olub.

O cümlədən, yeni rezident hesablarının 1 908-i fiziki, 156-sı hüquqi şəxslərə, yeni qeyri-rezident hesablarının isə 44-ü fiziki, 5-i hüquqi şəxslərə məxsus olub.