11 yanvar 2023 09:36
675

Bakı aeroportunda uçuşlar cədvələ uyğun həyata keçirilir

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.

Aeroportun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır.

Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.