Azərbaycana idxal olunan malların əlavə dəyər vergisindən (ƏDV) azad olunması Dövlət Gömrük Komitəsinin (DGK) marağındadır.
“İki sahil” xəbər verir ki, bunu Komitənin katibliyinin rəisi Əsgər Məmmədov bildirib.
Bununla belə, o qeyd edib ki, hər bir azadolma büdcə üçün itki deməkdir.
Gömrük rəsmisi əlavə edib ki, ötən il ilk dəfə Komitə dövlət büdcəsinə 5 milyard manatdan çox vəsait köçürüb, o cümlədən ƏDV üzrə daxilmalar 4 milyard manatı keçib, büdcəyə plandan 1 milyadd manatdan artıq vəsait ödənilib.
"Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun", - Ə.Məmmədov deyib.