12 yanvar 2023 13:57
869

“Gəmiqaya İnşaat” “Arkoz İnşaat”dan ayrılıb

“Arkoz İnşaat Şirkəti” MMC “Gəmiqaya İnşaat” MMC-nin tərkibindən ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Arkoz İnşaat Şirkəti”ndən bildirilib. Məlumata görə, “Arkoz İnşaat Şirkəti” MMC ayrılmadan sonra yenidən təşkil edilib.

“Arkoz İnşaat Şirkəti” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8,2 milyon manat olan şirkətin qanuni təmsilçisi Volkan Ozerdir.

Qeyd edək ki, bundan əvvəl “Gəmiqaya Holdinq”in də adı dəyişdirilərək “Arkoz Holdinq” olub.