12 yanvar 2023 14:29
718

Hərracda banklara 35 milyon dollar satılıb

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan "İki sahil"ə verilən məlumata görə, hərracda tələb 35,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.