12 yanvar 2023 16:58
807

Azərbaycanda 2031-ci ildə əmtəəlik qazın hasilatı 37 mlrd. kubmetri ötəcək -  PROQNOZ

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda 2032-ci ilə kimi təbii qaz istehsalı üzrə proqnozunu açıqlayıb.

"İki sahil" Agentliyə istinadən xəbər verir ki, 2022-2031-ci illər arasında Azərbaycanda qaz hasilatı dalğavari dəyişəcək. Belə ki, 2022-2025-ci illər arasında olan intervalında qaz hasilatı artacaq, 2026-cı ildə başlayaraq isə azalmağa başlayacaq, lakin 2030 ildən yenidən artıma doğru yönələcək.

Belə ki, proqnoza əsasən, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə qaz istehsalı üzrə ən yüksək göstərici – 37,3 mlrd. kubmetr, 2031-ci-cı illərdə qeydə alınacaq, ən aşağı göstərici isə - 26,1 mlrd. kubmetr, 2020-ci ilə payına düşür.