13 yanvar 2023 15:33
585

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

2023-cü il 1 yanvar tarixinə ölkə ərazisində aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlki illə müqayisədə 7,0% artaraq 711,9 min olub.

"İki sahil” Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 15,1% artıb və 39,9 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki illə müqayisədə 12,3% artaraq 165 minə çatıb.