13 yanvar 2023 16:07
608

Azərbaycan yaxın illərdə neft və kondensatın ixracını artıracaq

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi maye karbohidrogenlərin (neft və qaz kondensatı – red.) ortalama gündəlik ixracı üzrə proqnozunu açıqlayıb.

"İki sahil" Agentliyə istinadən xəbər verir ki, yaxın bir neçə il ərzində (2023-2025-ci illər) Azərbaycanda maye karbohidrogenlərin ixracı artacaq, ondan sonra isə tədricən azalmaya doğru yönələcək.

Belə ki, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə maye karbohidrogenlərin ixracı üzrə ən yüksək göstərici – 616,1 min barel, 2025-ci qeydə alınacaq.

Proqnoza əsasən, maye karbohidrogenlərin ixracı üzrə ən aşağı göstərici isə - 568,4 min barel, 2031-ci ildə qeydə alınacağı gözlənilir.