Türkiyə və İtaliya energetika sahəsində anlaşma memorandumu imzalayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə artıq anlaşmanın layihəsini İtaliya tərəfinə təqdim edib.
Çavuşoğlu Türkiyə və İtaliya arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 26 milyard dollardan çox olduğunu bildirib.