13 yanvar 2023 18:40
667

Azərbaycanda 17 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 15 fiziki şəxsə və 2 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar yanvarın 11-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, onların lisenziyası könüllü müraciət əsasında ləğv olunub.