13 yanvar 2023 18:44
667

Azərbaycan gələn il 24 milyard kubmetrə yaxın qaz ixrac edəcək

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi təbii qaz ixracı üzrə proqnozunu açıqlayıb.

"İki sahil" Agentliyə istinadən xəbər verir ki, 2022-2031-ci illər arasında Azərbaycanda qaz ixracı dalğavari dəyişəcək. Belə ki, 2022-2023-cü illər arasında olan intervalında qaz ixracı artacaq, 2025-cı ildən isə azalmağa başlayacaq, lakin 2030 ildən yenidən artıma doğru yönələcək.

Belə ki, proqnoza əsasən, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə qaz ixracı üzrə ən yüksək göstərici – 23,9 mlrd. kubmetr, 2023-2024-cü illərdə qeydə alınacaq, ən aşağı göstərici isə - 13,8 mlrd. kubmetr, 2020-ci ilə payına düşür.