16 yanvar 2023 10:10
539

Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2022-ci ildə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4% artaraq 28 988,5 mln. kVt/st, ixrac 3 003,8 mln. kVt/st, idxal isə 137,1 mln. kVt/st olub.