16 yanvar 2023 13:26
511

Zəngəzur dəhlizinin elmi əsaslandırılması hazırlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Zəngəzur dəhlizinin elmi əsaslandırılmasını hazırlayıb.

“İki sahil” xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı Mərkəzin 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrasında bildirib.

"Biz göstərmişik ki, Ermənistanın təqdim etdiyi müxtəlif yol marşrutları uyğunsuzdur, ölkə prezidentinin təqdim etdiyi, Ordubadla Zəngilanı birləşdirən 44 km-lik yol daha əhəmiyyətlidir. Biz bunun iqtisadi əsaslandırmasını təqdim etmişik", - deyə o qeyd edib.